S.Ə.Şirvani "Guş qıl" əsərinin təhlili
Əsər əruz vəzninin rəməl bəhrində yazılıb. Müxəmməs janrındadır. Şeirdə alınma sözlər az deyil. Əsər özünü hər işləri bilən, hər şeydən başı çıxan, arif hesab edən insana müraciətlə yazılıb.
I bənd: Ey özünü hər işə vaqif bilən insan, qulaq as. Tarın nəğməsindən, neyin naləsindən agah ol. Gör bu quru çubuqdan (balabandan) çıxan nalə nədir ki, onun sədasından insanı rahatlığı əlindən alınır. Onun hər pərdəsində yüz sirr var.
II bənd: Müğənni tarı qoynundan, ürəyinin üstündən götürməz. Ev yıxanlar isə onu çiynində saxlayar. Hər kimsə ağıl ilə qulaq assa, ağlı başından çıxar. Qəflət pambığını qulağından çıxart ki, gizli sirlərdən agah olasan.
III bənd: Müğənninin nəfəsini İsa peyğəmbərin nəfəsinə bərabər tut. Ruh aləmini seyr edib, özünü canlandır, özünə qüvvət ver. Qəmə batma, musiqinin zilinə, bəminə qulaq as. Ağıllı insansansa, o dünyanın dərdini çəkmə. Həvəsə gəl, nəğmə ilə qəm dünyasına hasar çək.
IV bənd: Musiqi məclisinə yığılanlar gərək anlayan adamlar olsun ki, sirli pərdələrdəki yüz naxış və surətləri görə, anlaya bilsin. Zövq əhli olmayanı bir daş hesab et, çünki Davudun gözəl səsi cansız əşyalara təsir etməz. Ey ağıllı insan, oradakı məna başa düşən adamlara təsir edər.
V bənd: Zahid, Allaha bax, nahaq danışma, bu, dərk edənlər məclisidir. Tara qadağan edilmiş alət demə, çünki bu, böhtandır. Mey şərab, saqi cənnətdə qulluq edən oğlandır (qılmandır). Bütün bunlar alqışlanmalı üzün işığıdır. Meydə haqq işığını gör, səhvinə görə üzr istə.
Əsərin mövzusu: Şeir musiqidən alınan zövq, musiqi alətlərinin səsindəki hikmət və onların daxili mənası haqqında yazılıb.
İdeyası: İnsan musiqini duymalı və ondan zövq almalıdır. Musiqi alətlərindəki səsin mənasını, hikmətini, sirrini duymağa qabil olmalıdır.
24 Comments for "S.Ə.Şirvani "Guş qıl" əsərinin təhlili"
Cox isimə yaradi.tşk
R
Çox faydalandım...bir de kitabdan bir-bir tapmağıma ehtiyac olmadı...😍
Super
👍
Cox sagolun
Komek oldu 👍🏻
Cox sagolun
zəhmət olmasa Q.Zakir'in "Badi Səba Mənim Dərdi Dilimi" şeirinin də təhlilini yükləyərdiniz
👍
Xoşuma geldi🙂yaxşıdı
Əladır. Çox işimə yaradı. Təşəkkürlər və uğurlar👍
✌👌çox işimə yaradı sağolun
Khm
👍
Mükemmel. sağ olun zehmet çekmisiz.
Sağolun kömek oldu
Super
Çox yaxşıdi işimə çox yaradi
🙌
Yararlidi sagolun
Təşəkkürlər