Cəlil Məmmədquluzadə "Anamın kitabı" əsərinin təhlili

Temmuz 24, 2020 2
Cəlil Məmmədquluzadə "Anamın kitabı" əsərinin təhlili.
        Janrı: Tragikomediya
        Mövzusu: Milli birlik
        İdeyası: Vətənə, xalqa, ana dilinə məhəbbət.
        Əsərdə qaldırılmış başlıca problemlər:
1. Soykökündən uzaqlaşmağın acınacaqlı nəticələri.
2. Xalqa yadlaşmış ziyalıların məslək  ayrılığı.
3. Milli müstəqillik və milli birliyin vacib olması.
        Yazıçının bu mövzuya müraciət etməsinə səbəb iyirminci yüzilliyin əvvəllərində Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət, xalqın və ölkənin qarşılaşdığı problemlər, bu problemlərin həlli yolları olmuşdur. Əsərdə vətənə sədaqət, ana dilinə məhəbbət, ailəyə bağlılıq kimi milli-mənəvi dəyərlər ön plana çəkilmişdir.
        Qardaşların xarakter və əməlləri üçün mühüm olanlar bunlardır:
Rüstəm bəy zahirən təmkinli, demokrat fikirli adam təsiri bağışlayır.
Mirzə Məhəmmədəli xasiyyətcə daha tünd olduğu kimi qatı mühafizəkarlığı, kobudluğu ilə seçilir.
Səməd Vahid həlimtəbiətli adam təsiri bağışlasa da, yersiz inadkarlıqda qardaşlarından geri qalmır.
Ortaq cəhətləri:
Atalarının arzusuna uyğun olaraq ali təhsil almışlar, lakin vətənlərinə fayda verən elm-bilik sahibi, kamil mütəxəssis kimi qayıtmamışlar. Hər biri doğma yurdlarına təhsil aldıqları ölkənin mənafeyinə uyğun əqidə ilə dönmüşlər. Düşüncələrinə hakim kəsilən yad əqidə onlar üçün milli birlik və vətənpərvərlik anlayışının üstündən qələm çəkmişdir.
        Əsərdə Gülbahar qardaşların kitabını yandırmaqla müxtəlif ölkələrdə təhsil alan qardaşların bir-birinə yadlaşmalarına etirazını bildirir.
        Ananın oğullarının əsas faciəsi öz milli köklərindən ayrılmaları, Vətən naminə birləşmək zərurətini anlamamaları olmuşdur.
        Əsərdə çarizmin senzura siyasətinə də toxunulmuşdur. Mirzə Cəfərin dili ilə çar hakimiyyətinin Azərbaycanla bağla narahatlığı ifadə olunmuşdur.
        Əsərdə hadisələr nə üçün bir ailə çərçivəsində verilmişdir? Çünki burada ailə cəmiyyətin rəmzi kimi götürülmüşdür, qardaşlar da XX əsrin əvvələri üçün səciyyəvi olan müxtəlif sosial qrupları, mənafe və əqidələri təmsil edirlər.
        "Anamın kitabı" əsərdəki üç qardaşın komediyası, ananın faciəsi, Gülbaharın dramıdır. Gülbaharın monoloqu milli birlik marşı kimi səslənir. "Anamın kitabı" Azərbaycanın milli birlik kitabıdır.

2 Comments for "Cəlil Məmmədquluzadə "Anamın kitabı" əsərinin təhlili"