C. Məmmədquluzadə "Qurbanəli bəy" əsərinin təhlili

Temmuz 29, 2018 28
 
     Əsər epik növdə, hekayə janrında yazılmışdır.
   Mövzusu: insanın rəzil olması, gülüş obyektinə çevrilməsi.
   Yazıçı əsərdə tüfeyli çar məmurlarını, lovğa və yaltaq mülkədarları satirik qələmlə təsvir edir.
   Sözçülüyü, uzun-uzadı təsvirləri sevməyən sənətkar əsərdə məqsədli şəkildə pristavın evindəki yemək stolunu, çəmənlikdəki süfrəni yerli-yataqlı, lap xırdalıqlarına qədər təsvir edir. Yazıçı qonaqlığa hazırlığı da geniş, əhatəli təsvir edib. Süfrəyə düzülən bu qədər ərzaq kəndlilərin min bir əziyyəti hesabına əldə edilirdi. Bu neməti yaradanlar (kəndlilər) isə yalnız kənardan baxa bilərdi. Əsərdəki ürəkparçalayan səhnələrdən biri də, kəndlilərin qamçı ilə döyülə-döyülə yadelli ağaları əyləndirmək üçün yallı getməyə məcbur edilmələri səhnəsidir. Bununla yazıçı kəndlilərin şərəfinin, ləyaqətinin necə tapdandığını göstərmək istəyir. Xalqımıza buna bənzər münasibət uzun illər - ölkəmiz müstəqillik qazanana qədər davam etmişdir.
   Əsərin əsas qəhrəmanı Qurbanəli bəydir. O, "Qapazlı" kəndinin bəyi, mülkədarıdır. Onu oxucuya tanıdan, hər şeydən əvvəl onun nitqi - danışığıdır. Hekayədəki "məşhur Qurbanəli bəy" sözləri diqqəti çəkir. Əsərin sonrakı səhifələrindən məlum olur ki, "məşhur" sözü yazıçının bu obraz haqqındakı əsl fikri deyilmiş. Bu bəy yaltaqlığı, ikiüzlülüyü, yüngül adam olması, kobudluğu, zalımlığı ilə məşhurdur. Danışığı, davranışı ilə özünü rüsvay edən Qurbanəli bəyi bu sözlərlə təqdim edən yazıçının niyyəti onun həqiqi simasını açmaq imiş. Yazıçının dilindən deyilən "məşhur" sözü bədii ifadə vasitəsi kimi kinayədir. Onun yaltaqlığı - rus məmurlarına və onların arvadlarına dönə-dönə dediyi -"Mən istəyirəm sizə nökərçilik eliyim", "sənə mən nökərəm", "nə qədər ki, mən sağam, nökərəm sənə" sözləri ilə üzə çıxır. Bu sözlərin arxasında isə onun gizli niyyəti durur. Bununla o, yad kölgəsində böyümək, rahat yaşamaq istəyir.
   Qurbanəli bəy nökəri Kərbəlayı Qasımla, aşpaz Əli ilə, qulluqçu qadınla,bir sözlə, aşağı təbəqənin adamları ilə çox kobud rəftar edir.
   Yazıçı böyük sənətkarlıqla bol süfrə və onun sahibi olan ağalarla kəndlilərin acınacaqlı vəziyyəti arasında təzad yaratmışdır.
   İdeyası: Rəzil insanlar öz hərəkətləri ilə gülüş obyektinə çevrilirlər.

28 Comments for "C. Məmmədquluzadə "Qurbanəli bəy" əsərinin təhlili"

avatar

Bes bunun ideyası hanı?

avatar

Xaiş edirem eserin ideyasin yazin.

avatar

İdeya hanı düz deyirsz ideya yoxduuuuuu yəqin tapmayıblat😢😭😭😦😒

avatar

Bu kişi niyə gülüş obyektinə cevrilib koronadan gelenler❤️

avatar

Rəzil insanlar öz hərəkətləri ilə gülüş obyektinə çevrilirlər.İdeyası

avatar

İdeyası: yaltaq,lovğa, ikiüzlü və yalançı adamların ifşası

avatar


əla mənə çox kömək oldu

avatar

BANADA ÇOK YARDIM ETDİ ❤❤❤❤

avatar

İdea:REZİLİNSANLAR ÖZ HARAKETLERİ İLE GÜLÜŞ OBYEKTİNE ÇEVRİLİRLER.



BU KADAR . BURDA NE VAR Kİ?
NEYSE😒

avatar

Biraz medeniyetli olun

avatar

Əsərdə Qurbanəli bəy niyə gülüş obyektinə çevrilir?

avatar

3 cu dersin suallarinin cavablarini yazinda xais

avatar

3cü qruplar üçün əla bir açıqlama olub. Təşəkkürlər 😊