Hikmət Ziya "Birinci zəng" şeirinin təhlili.

Eylül 02, 2018 2
                                   

  Mövzusu: İlk dərs günü çalınan zəng.
   Şeir heca vəznində yazılmışdır. Şair məktəb zənginin səsini şirin mahnıya bənzədir. Bu səsi unutmaq olmur. İnsan yaşa dolduqca bu səsdəki mənanı daha yaxşı anlayır. Bu səsdə min-min arzu, istək əks olunub. Yerin dərin qatından qara qızıl alanlar da, Xəzərin qoynunda şəhər salanlar da,Ayın, Günəşin yanına "ulduzlar" göndərənlər də bir zamanlar bu səsə qulaq asmışlar.
   Əsərdəki"qara qızıl" sözünün mənası neft deməkdir. "Ulduzlar" göndərənlər Ayın, Günün yanına" misralarındakı "ulduzlar" sözünün mənası süni peyk deməkdir.
   Şair məktəb binasını "işıqlı bina" adlandırır.O istəyir ki, ilk zəng yenə də səslənsin və insanları sinfə çağırsın. Şair birinci zəngi insanları elmə çağıran "yorulmaz nəğməkar"a bənzədir. Lirik qəhrəman birinci zəngi xatırladıqca sevinc hissi keçirir.
   İdeyası: Məktəb insan həyatında bütün uğur və nailiyyətlərin başlanğıcıdır.

2 Comments for "Hikmət Ziya "Birinci zəng" şeirinin təhlili."

Bu yorum bir blog yöneticisi tarafından silindi. - Deleted
avatar

Çox bəyəndim.sag olun