Əhməd Cavad "Azərbaycan! Azərbaycan!" əsərinin təhlili.

Ağustos 21, 2018 8
  

    Mövzusu: doğma vətənimizin təbii gözəllikləri.
   Şeir Azərbaycana həsr olunub. Əsərdə doğma yurdumuza sonsuz məhəbbət ifadə olunmuşdur. Şeirin, demək olar ki, bütün bəndlərində Azərbaycan təbiətinin gözəllikləri xatırladılır.Ölkəmizin zəngin təbii sərvəti, nemətləri seirdə bircə-bircə sadalanır. Son bənddə Azərbaycanla bağlı fərqli fikir söylənilib."Qorxun yoxdur, düşmanın var" misrasında şair təbii sərvətlərlə zəngin olan ölkəmizə göz dikənlərin də, .çox olduğunu diqqətə çatdırmaq istəyir. "Laçının var, tərlanın var"-deyən şair Azərbaycanın qəhrəmanlığı ilə dastan yazan laçın kimi, tərlan kimi igid oğullarının olduğunu və buna görə də, heç bir düşməndən qorxmadığını söyləmək istəyir.
   Əsərin maraqlı məzmunu, ölməz ideyası şairləri həmişə cəlb etmiş və onları bu mövzuda əsərlər yazmağa ruhlandırmışdır.
   İdeyası: təbii gözəlliyi, tükənməz sərvətləri ilə daim düşmənləri özünə cəlb edən Azərbaycan heç bir düşməndən qorxmur.

8 Comments for "Əhməd Cavad "Azərbaycan! Azərbaycan!" əsərinin təhlili."