Mirzə İbrahimov "Gələcək gün" əsərinin təhlili.

Temmuz 03, 2018 4
 

 Əsər 1948-ci ildə yazılmışdır. İctimai-siyasi romandır.
   Mövzusu: Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatı və orada baş vermiş milli-azadlıq hərəkatı.
   Əsərin mərkəzi xəttini soydaşlarımıza qarşı həqarətli münasibətə, ana dilinin, milli mədəniyyətin yasaq edilməsinə, yurdun talan olunmasına qarşı xalqın mübarizəsi təşkil edir.
   Hadisələrin təsvir olunduğu illərdə yazıçı Cənubi Azərbaycanda baş verən milli-azadlıq mübarizəsinin şahidi olmuşdur. Müəllif ictimai hadisələri, azadlıq mübarizəsini canlandırmaqla kifayətlənməmiş, bunları ayrı-ayrı insanların taleyi, psixoloji vəziyyəti ilə əlaqələndirmişdir.
   Romanın əsas qəhrəmanı Firidun İbrahimi İranda Səttərxan-Xiyabani epoxasının layiqli davamçısı olan vətənpərvər şəxsiyyətdir. Hələ uşaqlıqdan ona edilən haqsızlıqlarla barışa bilmir. Səlahiyyət sahiblərinin kəndlilərə qarşı ədalətsizliyinə dözə bilmir. Hər addımda kədərli hadisələrin baş verdiyi yerdə yaşamaqdan dəhşətə gəlir.
   İdeyası: Zülmdən qurtuluşun yeganə yolu mübarizədir.

4 Comments for "Mirzə İbrahimov "Gələcək gün" əsərinin təhlili."