Mirzə İbrahimov "Azad" hekayəsinin təhlili

Temmuz 02, 2018 19
 

 Əsər hekayə janrında yazılmışdır. Hekayə iki hissəyə bölünmüş  Vətənimizin cənubunda - Cənubi Azərbaycanda bir müddət əvvəl baş vermiş hadisələr əsasında yazılmışdır.
   Mövzusu: Cənubi Azərbaycan və orada baş vermiş milli azadlıq hərəkatı.
   Əsərdə diqqətə çatdırılan başlıca problem: Müstəmləkə şəraitində yaşayan soydaşlarımız dəfələrlə milli-azadlıq mübarizəsinə qalxmış, ölüm-dirim savaşına girmişdir. Ana dilində oxuyub-yazmağın, bəzən danışmağın da qadağan olunduğu bir ölkədə yaşamağın mümkünsüzlüyü bu gün də tez-tez etirazlara, çıxışlara səbəb olur.
   Əsərin qəhrəmanı Azaddır. O çox sakit olduğuna görə yoldaşları onu "Sükuti" deyə çağırırdılar. Maddi vəziyyətlərinə görə 9 yaşında olanda məktəbdaə alınır. Təbrizin Liləvan məhəlləsində dərzi şagirdi işləyir. Azadla dostu Fərda 5 il görüşmürlər. II Dünya müharibəsi başlayır. Hər yerdə azadlıqdan, elmdən, ana dilindən danışılır. Azadı Zəncana demokrat düzəltməyə göndərirlər. Tehran mürtəceləri ilə rəsmi dövlət idarələri Zəncanda cürbəcür fəsadlar törədir. Azad Tehran mürtəceləri ilə atışmada yaralanır və ölür. Azad, Fərda kimi minlərlə gənc azadlıq uğrunda canlarından belə keçməyə hazır olduğunu sübut etmişlər.
   Azadın dilindən deyilən sözlər: Mən düşünürdüm ki, həyatımızın mənası vətənimizin səadəti üçün çalışmaqdadır... Bizim hamımızın səadəti bax bu alçaq daxmaların, bu doğma yurdun, bu ana torpağın azadlığındadır. Yerə qoymayın o tüfəngləri ki, onları bu doğma torpaq sizə tapşırmışdır...Öpünüz, səcdəyə qapılıb hamınız bu torpağı öpünüz! Bizim əzəli və əbədi beşiyimiz budur.
   Fərda Azada deyir: Yaşamaq üçün ölən insanlardan xəbərsizik!
   İdeyası: Milli azadlığa nail olunması, Azərbaycanın birləşməsi arzusu.

19 Comments for "Mirzə İbrahimov "Azad" hekayəsinin təhlili"

avatar

bu niyə böyük göstərir ????

avatar

Çox gözəl əsərdir belə xalq yazıçılarımızın əsərləri məni həmişə təsirləndirir

avatar

Cavablarını yaxın də

avatar

Bir az 7-ci sinif tehlili ucun cetindir

avatar

Yaxşıdı amma maraqlı eser deyil .
Harry Potter bundan 1000000səfə maraqlıdı

avatar

dunyada en yaxşı əsərdi harry poter heçnədi

avatar

Valla oxumamışam oxumasam yaxşıdı 😂😂😂😂😂😆😆😆

avatar

Bu hansi esere oxsardir?

avatar

Onda get haryy potteri oxu bu bizim milli qəhramanımız ve yazıçımızdır

avatar

Sen nece vetendaşsan? Get o xeyalperest, kino "qehremanlar"ına bax sen. Xoş getdin. Senin yerine xecalet çekdim. Ki sen bir AZERBAYCANLI imişsen

avatar

ŞƏHRIYAR TÜRKÜN DİLİ

avatar

Bu yaxşı əsərdi mən mirzə İbrahimovun əsərlərinə heyranam onun əsərləri mənə ruh yüksəkliyi verir

avatar

Hery poter efsanedi yeni teşbehdi bu esl.ve maraqli yazilib. Birde men o kinodan ancağ qeribe heyvanlar oldugunu bas dusdum

avatar

Sizinle eyni fikre qatiliram

avatar

Əla.Çox sağ olun.Inşallah sizin sayənizdə K.S.Q 5 alacam😊