Mir Cəlal "Vətən yaraları" əsərinin təhlili.

Temmuz 31, 2018 13

   Əsər hekayə janrında yazılmışdır.
   Mövzusu: müharibə. Əsər II Dünya müharibəsinə həsr olunub və müharibənin ən qızğın çağında qələmə alınmışdır. Əsərdə geniş müharibə səhnələri verilməyib. Əsəri oxuduqca oxucuda ədalətsiz müharibəyə, onu törədənlərə qarşı güclü qəzəb, nifrət duyğusu oyanır. Əsərdə bir-birinə zidd olan iki aləm üz-üzə qoyulur: dinc həyat və müharibə. Dinc həyat yalnız əsgər xatirələrində mövcuddur. Müharibə isə gerçək və amansızdır. Əsərdə dinc həyatın, əziz xatirələrin, müqəddəs hislərin qorunması istəyi hadisələrin mahiyyətini, mənasını təşkil edir.
   Əsərin əsas qəhrəmanı əsgər obrazıdır. Hadisələr onun dilindən söylənilir. Əsgər dinc həyayın, əziz xatirələrin qoruyucusudur. Lətif və Nəsrəddin onun həmvətənləri və döyüş yoldaşlarıdır. Hər üçü vətəninə, ailəsinə dərindən bağlıdır.
   Yazıçı əsərdə bədii təsvir və ifadə vasitələrindən məharətlə istifadə etmişdir.
   İdeyası: müharibə insanları məhv etsə də, onların qəlbindəki əziz xatirələri, müqəddəs hisləri məhv edə bilməz.

13 Comments for "Mir Cəlal "Vətən yaraları" əsərinin təhlili."

avatar

Bele melumatlardan daha cox yukleyın zehmet olmasa

avatar

Cox yaxsidir. Digər eserlerininde tehlili olsa idi daha yaxsi olardi.

avatar

Çox sağolun.yazan əlləriniz var olsun

avatar
Adsız

Teşekkür edirik!

avatar

Çox sağolun yazan elleriniz var olsun teşekkürler

avatar

https://youtu.be/2KPtiX0t9Kg