Məhəmməd Hadi "Türkün nəğməsi" əsərinin təhlili.

Temmuz 02, 2018 0


   Şeir 1918-ci ildə yazılıb. Əruz vəznində, həzəc bəhrindədir. Bəndlər şəklindədir.
   Mövzusu: Şeir milli azadlıq mövzusunda yazılıb. Əsərdə Birinci Dünya müharibəsinin türk xalqlarına gətirdiyi fəlakətlər əksini tapmışdır. Şeirdə ağır itkilərdən doğan fəlakətlərdən çox, azadlıq uğrunda mübarizə əks olunub. Tökülən qanlar, ailəsiz qalmış insanların fəryadı lirik qəhrəmanda bədbin hislər oyatmır. Sair inanır ki, şəhidlərin axan qanı, dul qalmış qadınların ah-naləsi, şivəni, yetimlərin fəryadı, türklərin göstərdiyi səy hədər getməyəcək. Türklər dövlətlərin dəhşətli hücumlarindan qorxmurlar. Onlar qan ilə qazandıqları zəfəri əldən verməyəcəklər. Bütün xalqlardan üstün yaşamaq istəyərkən, heç zaman insanları sülhə və asayişə çağıran, doğru sayılan əməldən geri dönməyəcəklər.
   Lirik qəhrəmanın qələbə əzmi onun güclü xarakterə malik olduğunu göstərir. Şeirdə türk xalqlarının döyüşkən xarakteri inandırıcı boyalarla əks olunub.
   Vətənin azadlığının, müstəqilliyinin itirilməsi təhlükəsi yarandıqda, bu mövzuda əsərlərin yaranmasına ehtiyac yaranır. Xalqı vətənin azadlığı uğrunda mübarizəyə ruhlandırmaq baxımından belə əsərlərin əhəmiyyəti olduqca böyükdür.
   İdeyası: Məfkurə yolunda tökülən qanlar hədər getməyəcək.

0 Comments for "Məhəmməd Hadi "Türkün nəğməsi" əsərinin təhlili."