Əli Kərim "Qaytar ana borcunu" əsərinin təhlili.

Temmuz 11, 2018 7
  
 Mövzusu: Şeir ana-övlad münasibətlərinə həsr olunub.
   Şeir anaya həsr olunmuş klassik əsərlərdən məzmun, dil, üslub baxımından fərqlənir. Əsərdə anaya ehtiram motivi güclüdür. Həyati müşahidələr əsasında yazılıb.
   Ananın əzab-əziyyətlə böyütdüyü oğul məktəbi bitirib instituta qızıl medalla daxil olur. Oğlu üçün canını belə verməyə hazır olan ana yuxularında tez-tez Bakıya gedir. Dörd ildən sonra ananın məktubları cavabsız qalır. Oğlundan məktub ala bilməyən ana tramvayı, dənizi müqəssir hesab edir. Anaya qonşular təsəlli verir.
   Mövzuya aid atalar sözləri:"Ana bala ucundan canını oda yaxar". "Oğul bəd övlad olsa, dərd öldürər ananı".
   İdeyası: Gənc nəsil xalqımıza xas olan mənəvi dəyərlərə sadiq olmalıdır.

7 Comments for "Əli Kərim "Qaytar ana borcunu" əsərinin təhlili."

avatar

Şeir insanı marifləndirir.Hər bir şəxs öz anasının nəinki anansının ailəsinin yaxınlarının qədrini bilməlidir.

avatar

Bu seirde valideynlərə hörmət izzət de təbliğ olunur.

avatar

Şeir həqiqetende insanlari maarriflendirir. Eli Kerim İnsanlari ANAya sonsuz hörmət ve mehebbet beslemeye cagirir.

avatar

👍🏻👍🏻👍🏻👍🏻.Cənnət anaların ayaqları altındadır.Allah bütün anaları qorusun😗😗😙😚.Ölənlərə isə Allah rəhmət eləsin😐😐😐😣

avatar

Seir dogrudanda mende cox derin bir hez biraxdi.her bir ovlad valideyinlerine hormet etmelidir

avatar

Nece gundu bu seyir beynimdə idi nehayetki bu gun tapib oxudum. Cox kederli seyirdi amma heqiqetleri eks etdirən bir eserdir deyerdim. Ananin borcunu hec kim qaytara bilmeyib ve bilmezde, ogul nankorda da olsa ananin qelbinde daima usaqdir