İsmayıl Şıxlı "Namərd gülləsi" əsərinin təhlili

Temmuz 11, 2018 14
  
    Əsər hekayə janrında yazılmışdır.
   Mövzusu: mərdlik və namərdlik, xeyirxahliq və bədxahlıq.
   Əsərin əsas qəhrəmanı Niftalı koxadır. O, xeyirxah bir insandır. Gəlmə Mürşüdə torpaq, at verir, onu qohum qızlardan biri ilə evləndirir. Mürşüd ailəsini incitdiyi üçün Niftalı onu döyür və bundan sonra onlar arasında münaqişə yaranır.  Niftalı koxalığa keçəndən sonra səksəkə içində yaşayır. Çünki bəzən istəsə də, istəməsə də xətrə dəyməli olur. O, Qaçaq Kərəmin uşaqlıq dostu, sirdaşı idi. Lakin indi hökumət tələb edirdi ki, onu tutub təhvil  versin. Ona görə də, onlar arasında düşmənçilik yaranır. Sonda Mürşüd Niftalı koxanı arxadan güllə ilə vurub öldürür.
   Qaçaq Kərəm mərd insandır. O, yerlərdə haqqı, ədaləti bərpa etməyə çalışır. Əliyalın adama güllə atmır. İndi Niftalı ilə düşmənçilik etsə də, onun ölümünə çox kədərlənir.
   Gəlmə Mürşüd mənfi obrazdır. O, namərd insandır. Ən çətin vaxtlarında ona sığınacaq verən, hər bir şeylə təmin edın adamı çox asanlıqla öldürür.
   Əsərdə mərdlik və namərdlik, xeyirxahlıq və bədxahlıq anlayışlarına münasibət əks olunmuşdur.
   İdeyası: Namərdə yaxa vermə, mərdə arxa ol.

14 Comments for "İsmayıl Şıxlı "Namərd gülləsi" əsərinin təhlili"